Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun yeni doğulmuş oğlunun dayəsi siyasətçinin həyat yoldaşı tərəfindən işdən çıxarılıb.
O, dayənin Consonla birgə uşağın anadan olması şərəfinə bir qədəh qızılgül şərabı içdiyindən xəbər tutub.
Bu barədə dayənin özü, 59 yaşlı Zimbabveli Tereza Daus məlumat verib.
O, siyasətçinin həyat yoldaşı Kerri Consonun xəstəxanadan çıxandan dərhal sonra onu işdən kənarlaşdırdığını, Dousa evdən çıxamağa hazırlaşması üçün 15 dəqiqə vaxt verdiyini, hətta yeni doğulmuş körpəni belə göstərmədiyini qeyd edib.
Dayənin sözlərinə görə, üç aylıq müqaviləyə görə Consonlar ailəsi işdən çıxma haqqına görə, ona minlərlə funt-sterlinq borcludur.
Mənbə: lenta.ru
Rəylər