Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Barak Obama və xanımı Kamala Harrisin namizədliyi ilə bağlı son sözlərini dedilər
Aş Evin sabiq rəhbəri Barak Obama və xanımı Mişel Obama Kamala Harrisin ABŞ prezidentliyinə namizədliyini dəstəkləyiblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə onlar "X" hesablarından elan ediblər.
"Barakla mən onun pozitivliyi, yumor hissi, ölkə daxilində insanlara işıq və ümid gətirmək bacarığına görə demokrat namizəd kimi dəstəkləməkdən çox həyəcanlıyıq. Kamala sizin arxanızdayıq!" - deyə Mişel Obama paylaşımında qeyd edib.
"Ölkəmiz üçün bu kritik anda onun (Harrisin) noyabrda qalib gəlməsi üçün əlimizdən gələni edəcəyik", - deyə B.Obama öz paylaşımında bildirib.
Barak Obama və xanımı Kamala Harrisin namizədliyi ilə bağlı son sözlərini dedilər
"ABŞ-də prezident seçkisi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər