Avropa İttifaqı (Aİ) Rusiyaya dəstək verdiyinə görə, həmçinin Tehranın Yaxın Şərq və Qırmızı dəniz regionunda sabitliyi pozduğuna görə İrana qarşı sanksiyaları bir il müddətinə uzadıb.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
"Hazırda sanksiyalar 12 şəxsə və 9 təşkilata şamil edilir. Siyahı hər il yenilənəcək", - deyə bildirilib.
Məhdudiyyətlər arasında fiziki şəxslərin ölkəyə girişinə qadağa, Avropa yurisdiksiyalarında maliyyə aktivlərinin bloklanması, kredit, investisiya və ya digər fondların verilməsinə qadağa daxildir.
Rəylər