Kremllə Qərb arasında kəskin eskalasiya və ABŞ-nin Rusiya ərazisinə uzaqmənzilli raketlərlə zərbələrə icazə verməsi Moskva birjasında çöküşə səbəb olub.
Oxu.Az bu barədə "The Moscow Times"a istinadən xəbər verir.
Çərşənbə axşamı keçirilən ticarətin nəticəsi olaraq, Rusiyanın əlli ən böyük şirkətinin qiymətli kağızlarını özündə birləşdirən Moskva Birjası indeksi 3.32% azalaraq 2630.5 bənd təşkil edib. Bu çöküş son iki ildə ikinci ən böyüyü olub.
Səhmlərin dollar dəyərini izləyən RTS indeksi kapitallaşmada təxminən 2 milyard dollar və ya 3,43% itirib.
Birjada praktiki olaraq yüksələn səhm olmayıb.
Xatırladaq ki, bazar günü ABŞ ilk dəfə olaraq Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün 300 km mənzilli ATACMS raketlərindən istifadə etməyə icazə verib və çərşənbə axşamı gecəsi Bryansk vilayətindəki hərbi bazaya ilk belə zərbə endirilib.
Rəylər