ABŞ-nin Florida ştatında "Helen" qasırğası səbəbindən 1,1 milyondan çox ev və müəssisə elektrik təchizatından məhrum olub.
Oxu.Az-ın RBC.ru-ya istinadən xəbərinə görə, bu barədə ABŞ-nin elektrikləşdirilməyə nəzarət qurumundan məlumat verilib.
Corciyada daha 80 mindən çox ev işıqsız qalıb. Bu iki ştatda, həmçinin Alabama, Şimali Karolina və Virciniya ştatlarında da fövqəladə vəziyyət elan edilib.
Qeyd edək ki, qasırğa Florida ştatını sentyabrın 26-da axşam vurub və dördüncü (mümkün olan beş kateqoriyadan) kateqoriyaya aid edilib ki, bu zaman küləyin sürəti 209-251 km/saata çata bilər.
Məlumata görə, Floridada avtomobilinin üzərinə işarə lövhəsinin düşməsi nəticəsində ən azı bir nəfər həlak olub.
Ştatın qubernatoru Ron Desantis itkilərin və maddi ziyanın artacağını bildirib.
Həmçinin yerli KİV-in məlumatına görə, Florida ştatının Taylor dairəsi şerifinin ofisi "Helen" qasırğası səbəbindən təxliyə edilməkdən imtina edən yerli sakinlərə çağırış edib.
Sakinlərdən şəxsiyyətlərini müəyyən etmək üçün bədənlərinə telefon nömrələrini yazmaları istənilib.
"Lütfən, adınızı, doğum tarixinizi və vacib məlumatı qolunuza və ya ayağınıza permanent (qalıcı) markerlə yazın ki, kimliyinizi müəyyənləşdirmək və ailənizə xəbər vermək mümkün olsun", - deyə şerif əhaliyə müraciət edib.
Həmçinin vətəndaşlardan kimin evakuasiyadan imtina etdiyi, ailədəki heyvanların sayı və evlərinin sahilə nə qədər yaxın olması barədə məlumatlar təqdim etmələri xahiş olunub.
Dairə şerifi Ueyn Padjetin sözlərinə görə, bölgədə 20 min əhali yaşayır. O, əhalinin yarısının evdə qalmağa qərar verdiyini qeyd edib.
ABŞ-nin Florida ştatında "Helen" qasırğası səbəbindən 1,1 milyondan çox ev və müəssisə elektrik təchizatından məhrum olub.
Rəylər