ABŞ-nin Kentukki ştatında magistral yolda atışma baş verib.
Oxu.Az profil.ru-ya istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endi Beşir bildirib.
Onun sözlərinə görə, I-75 şosesindəki atışmaya görə hüquq-mühafizə orqanları yolu hər iki istiqamətdə bağlayıb.
"Bu ərazidən çəkinin", - qubernator "X" sosial şəbəkəsində yazıb.
Laurel dairəsinin inzibati mərkəzinin meri Rendall Uedl 7 nəfərin yaralandığını, ölənlər barədə məlumat olmadığını bildirib.
32 yaşlı Cozef Kuç hücumu törətməkdə şübhəli bilinir və hələ də saxlanılmayıb.
Rəylər