21-23 may 2024-cü il tarixlərində Səudiyyə Ərəbistanının paytaxtında Fars körfəzinin ən böyük beynəlxalq qida, içki və istehsal texnologiyaları sərgisi olan "Saudi Food Show 2024" keçirilib.
"Saudi Food Show" sərgisi xarici şirkətlərin regiondakı perspektivlərinin genişləndirilməsinə və qlobal sərgi ekspozisiyası formatında qida sənayesinin nailiyyətlərinin beynəlxalq arenada geniş yayılmasına yönəlib. Bu, Səudiyyə Ərəbistanında ən qlobal qida və içki sərgisidir və bir ekspozisiya platformasında bir çox ölkədən böyük qida şirkətlərini, strateji tərəfdaşları, həmçinin nüfuzlu aşpazları bir araya gətirir.
Bu il "Azerbaijan Fish Farm"ın istehsal etdiyi "Baku Caviar" kürüsü Ər-Riyadda keçirilən "Saudi Food Show" Sərgisində ilk dəfə təqdim edilib. "Baku Caviar" kürüsü ekoloji standartlara uyğun və ətraf mühitə zərərin minimuma endirilməsilə istehsal olunur. "Baku Caviar"ın əsas məqsədi - endemik Xəzər nərə balıqlarının vəhşi populyasiyasını bərpa etməkdir, satılan hər bir kürü qabından dənizə 10 nərəcinsli körpə buraxılır.
"Saudi Food Show 2024" sərgisində "Baku Caviar" kürüsü mütəxəssislər tərəfindən də yüksək qiymətləndirilib. Tədbir zamanı aparıcı distribütorlar, pərakəndə satış şəbəkələrinin nümayəndələri və aşpazlarla uğurlu görüşlər keçirilib, bu da Səudiyyə Ərəbistanı bazarında bu əfsanəvi Azərbaycan məhsuluna böyük maraqdan və "Baku Caviar"ın keyfiyyətinin yüksək qiymətləndirilməsindən xəbər verir.
"Baku Caviar" təbiətə qayğı ilə istehsal edilən keyfiyyət və təkrarolunmaz dadın qızıl standartıdır. "Azerbaijan Fish Farm" kürü istehsal edərək, Azərbaycan adət-ənənələrini qoruyub saxlamaqla və Xəzər dənizinin biomüxtəlifliyini bərpa etməklə daha yaxşı gələcək yaradır. Bunun sayəsində "Baku Caviar" qlobal bazarda liderliyini davam etdirir və bu, növbəti dəfə Səudiyyə Ərəbistanında keçirilən "Saudi Food Show 2024" sərgisindəki uğurla aydın şəkildə təsdiqlənir.
"Azerbaijan Fish Farm" nərə balıqlarının yetişdirilməsi üzrə müasir texnologiyaların novatorudur. Şirkət dünyada Qlobal Dəniz Məhsulları Alyansının (The Global Seafood Alliance) nüfuzlu "Best Aquaculture Practices" (BAP) sertifikatını alan qara kürü istehsalı üzrə ixtisaslaşan ilk nərə balıqları ferması olub. Sertifikat AFF-nin dəniz məhsullarının məsuliyyətli istehsalının dörd əsas istiqaməti - ətraf mühitin mühafizəsi, sosial məsuliyyət, qida ərzaqlarının təhlükəsizliyi, həmçinin heyvanların sağlamlığı və rifahı - üzrə davamlı inkişaf üzrə ən qabaqcıl təcrübələrə sadiqliyini təsdiq edir. Bütün məhsullar beynəlxalq keyfiyyət standartlarına, o cümlədən ekoloji standartlara uyğun istehsal olunur, bunun sayəsində də "Baku Caviar" istehlakçıların yalnız məhsulların dadına və keyfiyyətinə deyil, həm də planetin gələcəyinə qayğı göstərdiyi müasir cəmiyyətin tələbatına cavab verir.
Bu il mayın əvvəlində aparıcı qara kürü istehsalçısı "Azerbaijan Fish Farm", "Baku Caviar" növbəti nailiyyəti barədə - "Friend of the Sea" sertifikatını almasını qürurla elan edib. Bu beynəlxalq səviyyədə tanınan standart "Baku Caviar" şirkətinin ekoloji dayanıqlılıq sahəsində liderliyini və dəniz ekosisteminin qorunmasında fəal iştirakını vurğulayır.
"Azerbaijan Fish Farm" şirkətinin əsas missiyası 2024-cü ilin "Yaşıl Dünya üçün Həmrəylik İli" elan edilməsində və noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının keçirilməsində ifadə olunan ekologiya və biomüxtəlifliyin qorunması üzrə dövlət siyasəti ilə üst-üstə düşür.
"Baku Caviar" sadəcə kürü deyil, o, hər bir dənəciyində təcəssüm olunmuş, adət-ənənələrin əhəmiyyətini və ətraf mühitə qayğını simvolizə edən, həm gündəlik həyatda, həm də bayram anlarında dəyərlərimizi əks etdirən Azərbaycan ruhunun bir parçasıdır.