Bakının Yasamal rayonunda Akim Abbasov küçəsindəki gölün qurudulacağı ilə bağlı müxtəlif iddialar səsləndirilir.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
@oxuaz "Balıqlı göl" qurudulur?
♬ Oxu.az Son Xəbərlər - orijinal ses - Oxu.az Son Xəbərlər
"Nə məqsədlə qurudulduğunu heç özləri də bilmirlər. Yəqin yerində bina tikəcəklər", -deyə şikayətçi qeyd edib.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan iddianın heç bir əsası yoxdur.
"Qeyd edək ki, həmin ərazi şəxsi mülkiyyətdədir. Buna baxmayaraq, ərazidə hər hansı qurudulmadan söhbət getmir.
Gölün ətrafındakı köhnə və yararsız hasarlar Bakı şəhərinin müasir standartlarına uyğun yeniləri ilə əvəz edilib. Bundan əlavə, yaxın günlərdə - oktyabrın 9-11-də bu ərazidə ekoloji layihə çərçivəsində təmizlik və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur",-deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, Yasamal gölünün qurudulması ilə bağlı məlumatlar zaman-zaman sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində müzakirə mövzusu olub.
Ərazidən son video və fotoları təqdim edirik:
@oxuaz Yasamaldakı gölün son görüntüləri.
♬ Oxu.az Son Xəbərlər - orijinal ses - Oxu.az Son Xəbərlər
Əzizə İsmayılova
Rəylər