Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində "Son zəng" tədbiri keçirilir.
1992-ci ildə "Son zəng"i çalınmayan Xocalı məktəbinin məzunları da yarımçıq qalmış "Son zəng"lərini bu gün qeyd edirlər. Onların şəhid olmuş sinif yoldaşlarını anmaq üçün tədbir Şəhidlər xiyabanından başlayıb.
Qeyd edək ki, 1992-ci ilin mayın 25-də keçirilən "Son zəng"ə hazırlaşan məzunların arzuları fevralın 26-da Xocalının işğalı ilə yarımçıq qalmışdı.
Həmin məzunlar gecikən "Son zəng"lərini məzunu olduqları Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə 32 il sonra səsləndiriblər.
Ətraflı İTV-nin süjetini təqdim edirik:
Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində "Son zəng" tədbiri keçirilir.