"Xırdalan şəhərində yaşayış binasının giriş hissəsində pilləkən çökməsi nəticəsində xəsarət alan olmayıb".
Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi verib.
"1991-ci ildə tikilərək sakinlərin istifadəsinə verilən Xırdalan şəhəri, 26-cı məhəllə, 1 saylı binanın 1-ci blokunun giriş hissəsində - pilləkən qəfəsində çökmə baş verib.
Dərhal Abşeron RİH-nin və müvafiq qurumların əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və sakinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə müvəqqəti keçid sifariş verilib, Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumlarına məlumat verilib.
Bildiririk ki, çökmə zamanı xəsarət alan olmayıb. Hazırda nazirliyin əməkdaşları ərazini yerində araşdırır və müvafiq rəy təqdim edildikdən sonra tərəfimizdən təmir-bərpa işlərinə başlanılacaq", - deyə məlumatda bildirilir.
"Xırdalan şəhərində yaşayış binasının giriş hissəsində pilləkən çökməsi nəticəsində xəsarət alan olmayıb".
Əzizə İsmayılova
Xırdalan şəhərində yaşayış binasının giriş hissəsində pilləkən çöküb.
Bununla bağlı "Report" məlumat yayıb.
Şahidlərin sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlar var.
Rəylər