Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Özbəkistanlı xanımla istirahətə getdilər: Ölüm xəbəri gəldi - TƏFƏRRÜAT
Tovuz rayonunda baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub.
APA xəbər verir ki, Aşağı Öysüzlü kənd sakini, 37 yaşlı Cavid Baxşəliyev qonşusu Namiq və Özbəkistan vətəndaşı olan bir xanımla çay ətrafına balıq tutmağa, istirahət etməyə gediblərmiş.
Lakin bir müddət sonra onların istifadə etdiyi rezin qayıq suda batmağa başlayıb.
Cavid Baxşəliyevin qardaşı Cəbrayıl Baxşəliyev bildirib ki, qayıqda olan digər şəxslərin sözlərinə görə, hadisə toru kəsən zaman qayığın deşilməsi ilə başlayıb.
Dərhal əraziyə hüquq-mühafizə orqanı əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-axtarış qrupu cəlb edilib.
İtkin düşmüş şəxsin axtarışlarına başlanılıb.
Faktla bağlı araşdırma aparılır.
12:43
Kürdə batan şəxsin kimliyi bilinib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, həmin şəxs 1987-ci il təvəllüdlü Cavid Baxşəliyevdir.
Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunublar.
12:14
Tovuz rayon sakini Kürdə batıb.
APA-nın məlumatına görə, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, çayda batan şəxs rayonun Aşağı Öysüzlü kənd sakinidir.
Rəylər