Yeni yaradılacaq "Vahid tələbə kartları" bakalavrlar, magistrantlar və doktorantlar üçün nəzərdə tutulur. Bir çox tələbənin bu kartdan xəbəri olsa da, hələ də məlumatı olmayanlar var.
Tələbələrdən bir çoxu bu kart vasitəsilə nəqliyyatda güzəştlərin tətbiq olunmasını istəyib.
Təhsil eksperti Adil Quliyev bildirib ki, bu kartlarda yalnız nəqliyyata güzəştlər olmayacaq, hətta bəzi günlərdə kart vasitəsilə heç bir ödəniş etmədən də nəqliyyatdan istifadə edə biləcəklər.
Təhsilin İnkişafı Fondunun baş mütəxəssisi Aysel Məhərrəmova qeyd edib ki, Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəranda 17 ali təhsil müəssisəsinin tələbələrinin kartdan istifadə etməsi hələ ki, planlaşdırılıb. İrəliləyən mərhələlərdə digər regionlarda da bu kartlardan istifadə olunacaq.
Qeyd edək ki, kartlar 15 oktyabr tarixindən etibarən tələbələrə veriləcək.
Ətraflı Baku TV-nin süjetində:
Yeni yaradılacaq "Vahid tələbə kartları" bakalavrlar, magistrantlar və doktorantlar üçün nəzərdə tutulur. Bir çox tələbənin bu kartdan xəbəri olsa da, hələ də məlumatı olmayanlar var.
Rəylər