Sumqayıtda uşaq xəstəxanasında arayış almaq üçün uzun növbə yaranıb.
Söhbət Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən 5 saylı Uşaq Xəstəxanasının poliklinika şöbəsindən gedir.
Belə ki, bir arayışı almaq və həkim qəbuluna yazılmaq üçün insanlar saatlarla vaxt itirirlər.
Mövcud problemlə əlaqədar Sumqayıt Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, hazırda sağlamlıq haqqında arayışla bağlı müraciətlərin sayı artıb. Bu isə məktəb, məktəbəqədər müəssisələrə və bağçalara qəbulla əlaqədardır.
Sumqayıt Tibb Mərkəzindən o da bildirilib ki, yaranan sıxlığın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Ətraflı süjetdə:
Sumqayıtda uşaq xəstəxanasında arayış almaq üçün uzun növbə yaranıb.
Rəylər