"Bakı və Sumqayıt vağzallarında, eləcə də Koroğlu və Pirşağı stansiyalarında kəsintisiz internet bağlantısı təmin edən pulsuz "Wi-Fi" zonalarında internetin keyfiyyəti təkmilləşdirilib".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yollarının (ADY) Sərnişin Daşıma departamentinin rəhbəri Azər Fərəcov deyib.
Bildirilib ki, bununla yanaşı, qatarlarda yenicə istifadəyə verilmiş pulsuz internet xidmətinin keyfiyyətinə müntəzəm nəzarət təşkil edilir.
"Eyni zamanda, sərnişindaşımaları üçün istifadə edilən qatarların monitorları COP29 mövzusuna uyğun vizual materiallarla brendləşdirilib, qatarlarda əsaslı kimyəvi təmizləmə işləri həyata keçirilib. Qeyd edək ki, sərnişinlərin mənzilbaşına vaxtında və təhlükəsiz çatdırılması üçün rezerv qatarlar ayrılıb", - deyə A.Fərəcov əlavə edib.
Anar Həsənov
Rəylər