Mərakeş, Meksika və Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin qonağı olub.
Martın ayının 1-də XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində “Beynəlxalq həftə” keçirilib.
Tədbir şagirdlərdə müxtəlif mədəniyyətləri, coğrafiyaları, dünya xalqlarının tarixini daha dərindən mənimsəmək, fərqli ölkələr haqqında araşdırma aparmaqla müxtəlif bilik və bacarıqlar formalaşdırmaq məqsədilə artıq bir neçə ildir ki, təşkil edilir.
Bu çərçivədə Mərakeşin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Adil Embarş, Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero, Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Edqars Skuya, həmçinin Çin Xalq Respublikasının, Niderland Krallığının, Misirin Azərbaycandakı səfirliklərinin nümayəndələri və digər diplomatik korpus nümayəndələri, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva iştirak edib.
Tədbir zamanı qonaqlar ölkə pavilyonlarını gəzərək, maraqlı nümayişlərlə tanış olublar.
Qapanış mərasimində şagirdlər müxtəlif rəqs və mahnılarla çıxış ediblər. Sonda qonaqlar tədbir haqda öz təəssüratlarını bölüşüblər.
Rəylər