Şabran rayon Dəvəçi kənd tam orta məktəbi yararsız vəziyyətdədir.
Bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.
Bildirilib ki, hazırda bölgədə yağan yağış təmirsiz məktəbin durumunu daha da ağırlaşdırıb. Bəzi sinif otaqlarında isə artıq dərs keçmək mümkünsüz olub:
"Demək olar ki, bütün otaqlarda tavandan yağış suları otaqlara axır. Artıq 2-3 otaqda dərs keçməyi dayandırıblar. Otaqlar çox soyuq olur. Şagirdlərin səhhəti təhlükə altındadır".
Sözügedən görüntüləri təqdim edirik:
Şabran rayon Dəvəçi kənd tam orta məktəbi yararsız vəziyyətdədir.