Sabirabadda sürücü 11 yaşlı bacısı oğlunu avtomobillə vurub.
APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Çöl Beşdəli kəndində baş verib.
"Mercedes" markalı avtomobil kənd sakini, 2013-cü il təvəllüdlü E.Rzayevi vurub. Xəsarət alan uşaq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rəylər