Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sabah Bakının Xətai rayonunun bəzi ərazilərində qaz olmayacaq
Sabah Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Xətai rayonunun Altay Məmmədov küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Zığ yolu və Sadıqcan küçəsində yeraltı ortatəzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə noyabrın 26-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə 8 Noyabr, Oksigen, Qədir Məmmədov, Altay Məmmədov, Qvardiya, Sadıqcan, Cavanşir və Ramiz Quliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Rəylər