Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, Lənkəranın Mamusta kəndindən olan, Rusiya ordusunun sırasında müharibədə iştirak edən 1984-cü il təvəllüdlü Şahmar Ataman oğlu Hüseynov həlak olub.
Mərhumun cənazəsi bu gün Mamusta kəndinə gətirilərək dəfn ediləcək.
Qeyd edək ki, daha əvvəl Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Zərdab rayon Gəndəbil kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Qasımov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib.
Rəylər