Müğənni Rəqsanə İsmayılova daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət edib.
O, müraciətini sosial şəbəkə hesabında paylaşıb.
Müğənni bildirib ki, Xəzər Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əli İbrahimovla ev mübahisəsi yaşayır:
“Dəfələrlə ona müraciət etdim, amma heç bir nəticə yoxdur. Artıq 7 ildən çoxdur ki, o insan evimi mənimsəyib və geri qaytarmır. V.Eyvazov, xahiş edirəm, bu işdə mənə köməklik göstərəsiniz”.
Müğənni Rəqsanə İsmayılova daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət edib.O, müraciətini sosial şəbəkə hesabında paylaşıb. Müğənni bildiri...
Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, tərəflər arasında 2015-ci ildə ev alqı-satqısı olub:
“Həmin evin satışı qanunauyğun şəkildə notarial qaydada bank-köçürmə yolu ilə həyata keçirilib. Sonradan qarşı tərəf ödənən məbləği qaytarmadan evi geri tələb edib. Mübahisə, tərəflər arasında məhkəmə qaydasında davam etdirilib. Məhkəmə iddiaçının tələbəni təmin etməyib. Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, iddiaların hüquqi əsası yoxdur”.
İlhamə Əbülfət
Rəylər