100-cü filialımız - "Rahat Gourmet" market "Crescent Mall"da fəaliyyətə başladı.
3500 kvadratmetr ərazidə, yeni, tam fərqli formatda və hər marketdə tapa bilməyəcəyiniz dünya markalarını özündə cəmləyən, əsl qurmanların sevdiyi bir məkan olan "RAHAT GOURMET" market 15 mindən çox məhsul çeşidi ilə müştərilərinin yolunu gözləyir.
Çeşidli ət məhsulları və delikateslər, yüksəkkeyfiyyətli, istənilən zövqə uyğun, bir sıra xarici ölkələrin qabaqcıl istehsalçılarından növbənöv içkilər, çeşidli süd məhsulları, hər növ çərəzlər və quru meyvələr istehlakçıların ixtiyarındadır.
Market daxilində fəaliyyət göstərəcək restoranda qurman aşpazlar və qənnadıçılar tərəfindən hər gün isti yeməklər, şirniyyatlar, təndir çörəyi hazırlanacaq.
Xüsusi tərtibatda hazırlanan yeni "Gourmetmarket" ən son texnoloji avadanlıqlarla və Azərbaycanda ilk dəfə olaraq yeni nəsil özünəxidmət kassaları ilə təchiz olunub.
Fəaliyyətimizin ilk günündə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və "Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi"nin sədri Samir Abdullayev mağazamızı ziyarət ediblər. Görüş zamanı pərakəndə satış sahəsinin inkişafı ilə bağlı fikir mübadiləsi də aparılıb.
Yeni "Rahat Gourmet" market Baki ş., Nəsimi r-nu, Neftçilər pr. 153-də, "Crescent MALL"da yerləşir.