Birinci Qarabağ müharibəsində itkin düşən, şəxsiyyəti 30 il sonra müəyyənləşdirilərək bu gün Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılan Ələkbər Babayevin bacısı oğlu Sahib Cəfərov dayısının qisasını aldığını deyib.
O, Oxu.Az-a açıqlamasında bildirib ki, dayısı Ələkbər Babayev çox igid və mərd insan olub.
"Cəbrayıl, Qubadlı, Laçın rayonları istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. Dayımın qisasını almışam. Onun adını həmişə ucalarda tutacağam", - S.Cəfərov qeyd edib.
Məhərrəm Əliyev
Rəylər