Birinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti müəyyənləşdirilən Ələkbər Əzizağa oğlu Babayev dəfn olunub.
Oxu.Az xəbər verir ki, şəhid Sabunçu rayonu, Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eləcə də rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər. Hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş Ələkbər Babayev Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. O, 1992-ci il noyabrın 11-də Birinci Qarabağ müharibəsində gedən döyüşlər zamanı Ağdərə rayonunda itkin düşüb.
Onun Tərtər şəhər məzarlığında meyitinin qalıqları aşkarlanıb.
Daha çox foto burada: PhotoStock.az
Məhərrəm Əliyev
Rəylər