Elçin Əli oğlu Məmmədov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru təyin edilib.
Oxu.Az yeni təyin olunan rektorun dosyesini təqdim edir:
Əslən Cəbrayıl rayonundan olan Elçin Məmmədov Azərbaycan Prezidentinin sərəncamına əsasən 11 mart 2023-cü ildə "Vətən uğrunda" medalı ilə təltif edilib.
Daxili Qoşunların Qəbələ rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin komandiri olub.
30 avqust 2023-cü ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məкtəbinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 11 mart 2024-cü il tarixli sərəncamı ilə isə Elçin Məmmədova "general-mayor" ali hərbi rütbəsi verilib.