Bakının Yasamal rayonu ərazisində söküntü işləri başlayacaq.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Yasamal rayonunun 2-ci Alatava massivindən gedir.
Sakinlərin sözlərinə görə, aidiyyəti qurumun işçiləri bir neçə gün əvvəl əraziyə baxış keçiriblər.
Alatava sakinləri bildiriblər ki, onlara görüləcək işlərlə bağlı hələlik heç bir məlumat verilməyib.
Ərazidə yaşayan sakinlər və mülkiyyət sahibləri söküntü işlərinin həyata keçirilməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onlar kompensasiya məsələləri və yeni yaşayış yerlərinin təminatı ilə bağlı məlumatların dəqiq olmamasından narazıdırlar.
Sakinlərin sözlərinə görə, bundan əvvəl də bir neçə dəfə icra əməkdaşları ərazidə olublar.
Qeyd edək ki, bu ərazi şəhərin inkişaf planları çərçivəsində yenidən qurulması nəzərdə tutulan sahələrdən biridir. Xırdalan dairəsindən metronun "20 Yanvar" stansiyasına tərəf və əks istiqamətdə daimi tıxacın olması buraya alternativ köməkçi yolların çəkilməsi və yol qovşaqlarının tikintisi ilə bağlı prosesə start verilməsini prioritetə çevirib. Yeni çəkiləcək yollar və tikiləcək yol ötürücülərinin bir hissəsi 2-ci Alatava qəsəbəsi ərazisindən keçəcək. Bu plana uyğun olaraq ərazidə müasir infrastruktur və yeni yaşayış binalarının tikilməsi planlaşdırılır.
Yasamal Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı bildirilib ki, ərazinin sökülməsi ilə bağlı yaxın günlərdə açıqlama veriləcək.
Ətraflı süjetdə:
Bakının Yasamal rayonu ərazisində söküntü işləri başlayacaq.
Rəylər