Türkiyədə episentri Kahramanmaraş olan dəhşətli zəlzələlərdən sonra Hatay şəhərində ciddi zərər görmüş altımərtəbəli xəstəxana uçurdulub.
Oxu.Az-ın verdiyi məlumata görə, İHA bununla bağlı görüntüləri paylaşıb.
Bildirilir ki, Təhsil və Tədqiqat Xəstəxanası 2017-ci ildən istifadəyə verilmişdi. Lakin zəlzələdə bərpaolunmaz hala gələn tibbi müəssisəsinin nəzarətli dağıdılması qərarına gəlinib.
Məlumata görə, söküntü işləri zamanı heç bir mənfi hadisə baş verməyib
Kadrlarda binanın bir korpusunun uçma anı əks olunub.
Rəylər