2023‐cü ildə 49 qadın ailə münaqişəsi və qısqanclıq zəminində törədilən cinayətin qurbanı olub.
"Report" xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında əksini tapıb.
Qeyd edilib ki, onlardan 47‐si qəsdən adam öldürmə cinayətinin, biri özünü öldürmə həddinə çatdırılma, biri isə qəsdən sağlamlığa ağır zərərvurma cinayətinin qurbanı olub.
Hesabatda vurğulanıb ki, 2022-ci ildə öldürülən qadınların sayı 51 olub.
Rəylər