Abşeron rayonunun Novxanı kənd qəbiristanlığında avtomobillərin hərəkəti üçün nəzərdə tutulan torpaq yolun sökülərək məzar yeri kimi satıldığı iddia olunub.
"Xəzər Xəbər"ə müraciət edən sakinlər vəziyyətdən narazı olduqlarını bildiriblər.
Əraziyə baxış keçirilən zaman məlum olub ki, həqiqətən də qəbiristanlığın içərisindəki yolda məzar yerləri qazılır.
Kənd sakinləri iddia ediblər ki, artıq qəbiristanlıqda boş yer qalmadığı üçün bələdiyyə maşın yolunu satmağa başlayıb.
Sakinlər onu da bildiriblər ki, maşınların hərəkəti üçün nəzərdə tutulan yolu yeni məzar yeri kimi düzəldib satdıqdan sonra qəbirlər arasında məsafə qısalıb.
Ətraflı süjetdə: