Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Nazirliklə klinika arasında anlaşılmazlıq: Əməliyyata icazə var? - VİDEO
Bir müddət əvvəl kimliyinin açıqlanmasını istəməyən məşhur şəxsin gəlininin “Laser Beauty” klinikasında estetik əməliyyat olunduqdan sonra komaya düşməsi barədə məlumatlar yayılmışdı.
Baku TV-nin əməkdaşı iddiaları araşdırmaq üçün sözügedən klinikaya yolansa da, suallarına cavab verən olmayıb.
Daha sonra özünü klinikanın rəhbəri kimi təqdim edən şəxs zəng edərək deyilənləri təkzib edib:
“Həmin şəxs kimdir? Adını, soyadını deyin, zəng etsin, birlikdə görüşək. Bunların hamısı boş söhbətdir”.
Sözügedən şəxs belə bir əməliyyatın icra olunmadığını desə də, xəstənin sonradan yerləşdirildiyi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin deputatı Rəşad Mahmudov isə faktı təsdiqləyib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, sözügedən klinikaya ambulator tibbi xidmət üçün lisenziya verilsə də, stasionar tibbi xidmətin həyata keçirilməsinə icazə yoxdur.
Klinikanın təqdim etdiyi lisenziya əlavəsinin siyahısında isə göstərilir ki, burada ümumi cərrahiyyə prosesinin həyata keçirilməsi mümkündür.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
"Milli Məclis" teqi üzrə xəbərlər
- Kəlbəcərin azad edilməsi Azərbaycanın siyasi və diplomatik qələbəsidir
- Zahid Oruc: "Sərhədlərin açılması ilə bağlı əhalimizlə açıq danışmalıyıq"
- Azərbaycanın sabiq deputatı olan general məhkəməyə VERİLDİ - SƏBƏB
- İcbari tibbi sığorta fondunun gələnilki büdcəsi üç milyard manat olacaq
- Azərbaycanda ilk dəfə "yaşıl büdcə"nin xərcləri açıqlanıb
Rəylər