Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində əməliyyat keçirib.
APA-nın məlumatına görə, Meşələrin İnkişafı Xidmətinin sektor müdiri Sadiq Salmanov, Zaqatala Regional Mərkəzinin direktoru Rəşad Mahmudov və digər vəzifəli şəxslər saxlanılıblar.
Hazırda cinayət işi açılıb, araşdırmalar aparılır.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində əməliyyat keçirilməsi faktını təsdiqləyiblər. Bildirilib ki, əlavə məlumat veriləcək.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində əməliyyat keçirib.APA-...
Rəylər