Paytaxtın Nəsimi və Yasamal rayonları ərazisində ümumilikdə dörd ünvanda vətəndaşlar mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində üçü azyaşlı olmaqla beş nəfər xilas edilib.
Paytaxtın Nəsimi və Yasamal rayonları ərazisində ümumilikdə dörd ünvanda vətəndaşlar mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Rəylər