Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nazim İmanov: "Bakıda taksilər arasındakı rəqabət əhəmiyyətli dərəcədə azalıb"
"Bakıda taksilər arasındakı rəqabət əhəmiyyətli dərəcədə azalıb".
"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov bildirib.
Onun sözlərinə görə, bu, taksilərin sayının azalmasının nəticəsidir.
Bununla belə, direktor hesab edir ki, dövlətin ili köhnə avtomobilləri taksi fəaliyyətindən kənarlaşdırması bu sahədə qiymətlərlə yanaşı, keyfiyyəti də artırıb.
"Taksi sahəsində mənfəət artdıqca, kapitalın sahələrarası axını da başlayacaq. Hazırda bu sahədə sadə kapital axını müşahidə olunur; maşın və lisenziya alaraq taksi sektoruna qoşulmaq mümkündür. Tədricən taksi bazarında təklif artacaq və bu zaman qiymətlər sabitləşəcək. Nəticədə vətəndaşlar əvvəlkindən bir az yüksək qiymətə daha keyfiyyətli taksi xidmətindən istifadə edə biləcəklər", - deyə N.İmanov qeyd edib.
"taksi fəaliyyəti" teqi üzrə xəbərlər
- Deputat taksi çatışmazlığından şikayətləndi
- Taksidən istifadə edənlərin sayında azalma: Sərnişinlər ictimai nəqliyyata üz tuturlar
- Taksi sürücüsünü qarət edən şəxsə hökm oxundu
- Bakıda imtahan vermək "həvəskarı" olan üç nəfər qiymət əvəzinə cəza aldı
- COP29 zolaqlarından xüsusi taksilər istifadə edə biləcək? - AÇIQLAMA
Rəylər