Naxçıvan şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə atəşfəşanlıq olub.
“Report” xəbər verir ki, 2024-cü ilin gəlişi minlərlə muxtar respublika sakininin böyük coşqusu ilə qeyd edilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri bayram şənliyinə qatılıb.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda quraşdırılan monitor vasitəsilə yayımlanıb.
Gecə saatlarında Naxçıvan şəhərində möhtəşəm bayram atəşfəşanlığı olub, Yeni il xoş ovqat və böyük təntənə ilə qarşılanıb.
Rəylər