Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Qala küçəsinin sakinləri ilə ərazidə fəaliyyət göstərən dəmir məmulatları istehsalı ilə məşğul olan müəssisənin rəhbərliyi arasında mübahisə yaşanır.
Sakinlər müəssisənin ətraf mühitə zərərli tüstü buraxdığını bildirirlər.
"Səhər duranda tüstüyə görə nəfəs almaq olmur. Balalarımız, nəvələrimiz var. Özüm də infarkt keçirmiş adamam" , - deyə şikayətçi söyləyib.
Sakinlərin sözlərinə görə, aidiyyəti quruma dəfələrlə müraciət etmələrinə baxmayaraq, problem həllini tapmır. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məsələ ilə bağlı bildirilib ki, ötən il analoji şikayətlə bağlı müəssisədə araşdırma aparılıb:
"Müəssisə rəhbəri barədə qanunamüvafiq tədbirlər görülüb. Hazırkı şikayətlə bağlı müəssisədə araşdırmalar aparılır. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcə".
Daha ətraflı Baku TV-nin materialında:
Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Qala küçəsinin sakinləri ilə ərazidə fəaliyyət göstərən dəmir məmulatları istehsalı ilə məşğul olan müəssisənin rəhbərliyi arasında mübahisə yaşanır.
Rəylər