Azərbaycanda səfərdə olan türkiyəli bloqer Alper Rende yayımladığı videoda DYP əməkdaşının ondan rüşvət aldığını iddia edib.
O bildirib ki, DYP əməkdaşı Bakı şəhəri Neftçilər prospektində ondan 40 manat rüşvət alıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında həmin iddiaların doğru olmadığını qeyd edib:
“Türkiyəli bloqer Alper Rendenin icarə əsasında idarə etdiyi avtomobilə qayda pozuntusuna görə dekabrın 7-də Səbail rayonu Neftçilər prospektində inzibati xəta haqqında protokol tərtib edilib, cərimə məbləği ödənilib”.
O əlavə edib ki, “Toyota” markalı avtomobilin sürücüsü cərimə məbləğini nağd formada təqdim edib:
“Görüntüdə vurğulanan iddialar inzibati xəta haqqında protokolla uyğunluq təşkil etmir”.
Rəylər