Aparıcı Xədicə Sənanqızı Azərbaycan Dövlət Televiziya kanalındakı işindən ayrılıb.
Oxu.Az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün aparıcı Xədicə Sənanqızı ilə əlaqə saxlayıb.
Aparıcı yorulduğunu qeyd edib:
“Mən uzun illərdir ki, televiziyadayam. Həftəlik proqramlarda aparıcılıq edirəm. Bəzən olur insan yorulur. Özümə vaxt ayırmaq istəyirəm.
Peşəkar insana hər zaman təkliflər var. Bir müddətlik işimi dondururam. Daha sonra bütün təklifləri dəyərləndirəcəyəm. Hər kəsə uğurlar arzulayıram. Sevda Ələkbərzadənin konsertinə hazırlaşırıq”.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, aparıcı yanvar ayının 11-dən Türkiyədədir.
Fevral ayının əvvəlinə qədər İstanbulda olacaq. Yanvarın 24-də Sevda Ələkbərzadənin İstanbulda baş tutacaq konsertində mütləq şəkildə iştirak edəcək.
Qeyd edək ki, aparıcı Azərbaycan Dövlət Televiziyasında “Günə doğru” proqramında aparıcılıq edib. Yanvarın ilk həftələrində efirə çıxmayıb. Onun əvəzinə verilişi Nübar Əbil aparır.
Nəzrin Vahid
Rəylər