Fərdi yaşayış evindən külli miqdarda aksiz markası ilə markalanmamış tütün məmulatları aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Məlumata görə, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi və ərazi əməliyyat struktur bölmələrinin əməkdaşları tərəfindən Mingəçevir şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus "Mercedes-Benz" markalı nəqliyyat vasitəsindən və istifadəsində olan fərdi yaşayış evindən külli miqdarda, ümumi sayı 120 000 ədəd Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış tütün məmulatları aşkar edilib.
Rəylər