Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İdarə müdiri: "Xankəndidə körpələr evi-uşaq bağçası sentyabrın 23-də fəaliyyətə başlayacaq"
"Xankəndi şəhərində bu il 80 uşağın məktəbəqədər təhsilə cəlb olunması nəzərdə tutulur".
Bunu "Report"a açıqlamasında Qarabağ Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən Anar Məcidov deyib.
Onun sözlərinə görə, Xankəndidə sentyabrın 23-də fəaliyyətə başlayacaq uşaq bağçasının işçi heyəti artıq komplektləşdirilib:
"Xankəndi şəhər 1 saylı körpələr evi-uşaq bağçası artıq fəaliyyətə başlayacaq. Qeyd etmək istəyirəm ki, daxil olan müraciətlərin sayı 80-dən çoxdur.
Qarabağ Regional Təhsil İdarəsi olaraq, bir əməkdaşımızı Xankəndi şəhərinə ezam etmişik. O, bağçada işə qəbul olmaq istəyən vətəndaşlarla, həmçinin uşaqlarını məktəb və bağçaya qoymaq istəyən valideynlərlə görüş keçirir. İşçi heyəti artıq komplektləşdirilib və bağça sentyabrın 23-də fəaliyyətə başlayacaq".
"Xankəndi şəhəri" teqi üzrə xəbərlər
- Xankəndidə Mədəniyyət Mərkəzinin binası bərpa ediləcək
- İtkin düşmüş hesab edilən şəxslərin ailə üzvləri Ağdam, Xocalı, Xankəndi və Şuşada olublar
- Dünyaya səs salıb, yenidən dirçələn şəhər - Xankəndi
- Xankəndidə uzun illər Azərbaycana qarşı məkrli planlar hazırlanan binadan GÖRÜNTÜLƏR
- Üç əsrlik tarixə malik Xankəndi şəhərindən FOTOREPORTAJ
Rəylər