Son günlərdə sosial şəbəkələrdə içməli suya kanalizasiya suyunun qarışması ilə bağlı məlumatlar yayılıb.
Maraqlıdır, bu məlumat nə dərəcədə doğrudur? Ümumiyyətlə vətəndaş içməli suyunun kanalizasiya suyu ilə qarışıb-qarışmadığını necə müəyyən edə bilər?
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Lent.az-a açıqlamasında bildirib ki, suyun təmizlənməsi normal səviyyədə gedir.
Onun sözlərinə görə, lakin su infrastrukturu o qədər köhnəlib ki, sudan qum və ya lil gəlir:
“Məlumdur ki, Bakıda su dörd atmosferlə vurulur. Kanalizasiya suyu isə öz axarı ilə gedir. Kanalizasiya suyunun içməli suya qarışması mümkün deyil. İçməli su kanalizasiya suyuna qarışa bilər. Çünki içməli su təzyiqlə vurulur. Amma kanalizasiya suyu heç vaxt içməli suya qarışa bilməz. Bur birmənalı şəkildə səhv düşüncədir. Çünki kanalizasiya suyunun qoxusundan onu müəyyən etmək olar. Vətəndaş içməli suyunun təmiz olub-olmadığını yoxlamaq üçün 1003-ə zəng edə bilərlər. Bununla yanaşı özəl laboratoriyalar Bakıda, orda da yoxlada bilərlər. Yalnız onu deyək ki, həmin testin cavabı hüquqi sayılmır”.
Rəylər