Tanınmış jurnalist Həmid Həmidov "Danışaq?" verilişinin yeni buraxılışını təqdim edib.
Aparıcının həmkarları - məşhur jurnalistlər Seymur Zəkəryəyev və Feliks Vişnevetski yenidən verilişdə iştirak ediblər. Podkastın qonağı isə tanınmış azərbaycanlı müğənni İlhamə Qasımova olub.
Jurnalistlər İlhamə Qasımovanın karyerasına necə başladığından, ölkəni "Avroviziya"da təmsil etmək hüququ uğrunda necə mübarizə aparmasından, puldan, müğənninin karyerasından və özünü 65 yaşında necə gördüyündən danışıblar.
İlhamə Qasımova polisdə işləməsindən, Almaniyaya necə getməsindən, ABŞ-dəki həyat və fəaliyyətindən danışıb.
Söhbət zamanı 17 yaşında evlilik və depressiya mövzusuna toxunan müğənni niyə həmişə tək olduğunu açıqlayıb.
İ.Qasımova necə 23 kq arıqladığını da bölüşüb, iki filmə çəkilməsindən, ictimai rəydən, yaxınlarını itirməsindən danışıb.
Ətraflı videoda:
Tanınmış jurnalist Həmid Həmidov "Danışaq?" verilişinin yeni buraxılışını təqdim edib.
Rəylər