Bakıda 16 yaşlı qız, Ağdamda isə 14 yaşlı oğlan itkin düşüb.
"Qafqazinfo" xəbər verir ki, Nizami rayonunda Fətəliyeva Zəhra Elşən qızı oktyabrın 23-ü yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib.
Zəhranın anası polisə verdiyi məlumatda qızının tanımadığı rəfiqəsinin evində ola biləcəyini deyib.
Ağdamda isə Zahid Hafiz oğlu Məmmədov üç gün əvvəl - oktyabrın 30-u itkin düşüb.
Hər iki məlumatla bağlı əməliyyat-axtarış işlərinə başlanılıb.
Rəylər