"Mirvari" gəmisinin tutumu 460 nəfərlikdir, turun trayektoriyası isə Dəniz Vağzalı qarşısından Ağ şəhər ətrafını əhatə edir".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.
"Sərnişinlərin təhlükəsizliyi Nəqliyyatda Su Polisi İdarəsi və Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti tərəfindən həyata keçiriləcək.
Küləkli hava şəraitində gəmi turları olmayacaq.
Gəmi səyahəti qış rejimində fəaliyyətə başladığı üçün saat 14:00-dan 21:00-a qədər davam edəcək. Yaz-yay aylarında bu rejimində qrafik dəyişə bilər", - deyə Ə.Mehdiyeva qeyd edib.
"İki illik fasilədən sonra bu gün fəaliyyətini bərpa edən "Mirvari" gəmisində səyahət müddəti 30-40 dəqiqə təşkil edir".
Bunu Oxu.Az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.
"Bildiyiniz kimi gəmi üçmərtəbəlidir. Qiymət isə dəyişməyib. İstismar xərclərinin artmasına baxmayaraq, 2015-ci ildən müəyyən olunan qiymətlər artırılmayıb. 6 yaşına kimi uşaqlar üçün ödənişsizdir. Qiymətlər gəmidə yerə və mərtəbəyə görə müəyyən olunur və 5-10 manat aralığında dəyişir.
Gəmi artıq Dəniz Vağzalının qarşısındakı körpüdən hərəkət edəcək. Burada suyun dərinliyi gəminin rahat və təhlükəsiz hərəkətinə imkan verir", - deyə Ə.Mehdiyeva bildirib.
Daha çox foto burada: PhotoStock.az
Bakı bulvarında iki illik fasilədən sonra gəmi gəzintisi bərpa olunur.
Oxu.Az xəbər verir ki, məşhur "Mirvari" gəmisində son tamamlama işləri yekunlaşıb və gəmi gəzintiyə tam hazır vəziyyətə gətirilib.
Bu gün ilk reys jurnalistlər üçün olacaq.
Qeyd edək ki, yeni marşrut xəttinə əsasən, gəmi Dəniz Vağzalının qarşısındakı körpüdən hərəkət edəcək.
Xəzərin "Mirvari"sinin iş qrafiki AÇIQLANDI
Əzizə İsmayılova
Rəylər