Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sevdiyi şəxsə qoşulub qaçan yeniyetmə qız məktub da yazıbmış
Ağdamda qoşulub qaçan qız ilə bağlı detallar üzə çıxıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2008-ci il təvəllüdlü A.Ə. 1997-ci il təvəllüdlü Əsəd İbrahim oğlu Cavadzadə ilə qaçıb.
Onların əslində qonşu və aralarında sevgi münasibətləri olduğu bildirilib.
Məlum hadisə baş verən gün qız evdən qaçmadan öncə məktub yazıb.
Daxili İşlər Nazirliyi də bu hadisə ilə bağlı məlumat yayıb.
Qurumun Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, iyul ayının 6-da Ağdam rayonun Çəmənli kəndindəki fermadan 16 yaşlı qızın ailə qurmaq məqsədi ilə qaçırılması barəsində valideyni tərəfindən Ağdam Rayon Polis Şöbəsinə məlumat verilib:
"Hazırda polis əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir".
Nəzrin Vahid
Ağdamda fermada yaşayan qız tanışına qoşularaq evdən gedib.
APA xəbər verir ki, hadisə Ağdam rayon, Çəmənli kəndində yerləşən fermalardan birində qeydə alınıb.
16 yaşlı A.Ə. tanışı Cavadzadə Əsəd İbrahim oğlu ilə ailə qurmaq məqsədilə yaşadığı evi tərk edərək qaçıb.
Yaxınları qızı axtarırlar.
Faktla bağlı araşdırma aparılır.
Rəylər