Ali məktəbə qəbul ola bilməyənlər xaricdəki universitetlərə üz tuturlar.
Təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, attestatla başqa bir ölkədə ali məktəbə qəbul olmaq pul və vaxt itkisidir:
"Azərbaycan Respublikasında distant təhsillə alınan diplomlar tanınmır. Həmçinin, Türkiyə və qərb universitetlərində qiyabi təhsil olmadığı üçün, həm əyani, həm də onlayn şəkildə tədrisin həyata keçirilməsi zamanı da diplomlar tanınmır".
Ekspert onu da vurğulayıb ki, kredit sistemi olduğu üçün 10 nəfərdən 7-8 nəfər tələbə təhsilini tam bitirə bilmir. Şəxs yalnız illik təhsil haqqını ödəməklə məşğul olur.
Mütəxəssislər bu kimi hallarda hər hansı bir peşəyə yiyələnməyi məsləhət görürlər.
Qeyd edək ki, bu il ümumilikdə, 27227 nəfər ali məktəbə qəbul ola bilməyib.
Daha ətraflı "ARB Xəbər"in süjetində:
Ali məktəbə qəbul ola bilməyənlər xaricdəki universitetlərə üz tuturlar.
Rəylər