Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
DYP-dən COP29 vaxtı nəqliyyat sıxlığının azaldılması ilə bağlı sürücülərə MÜRACİƏT
Baş Dövlət Yol polisi COP29 konfransı tarixlərində nəqliyyat sıxlığının azaldılması ilə bağlı hərəkət iştirakçılara müraciət edib.
Oxu.Az xəbər verir ki, müraciətdə bildirilib:
"Mötəbər tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz yenidən dünyanın diqqət mərkəzindədir. Artıq noyabrın birinci ongünlüyündən başlayaraq paytaxtımız iqlim konfransı iştirakçılarını qəbul etməyə başlayacaq.
Məlumat verildiyi kimi beynəlxalq miqyaslı tədbirlə əlaqədar çoxsaylı qonaqların, rəsmi şəxslərin, eləcə də əhalinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə, müvafiq konsepsiya hazırlanıb. Sistemli yanaşmaya əsaslanan sözügedən konsepsiyada COP29 müddətində paytaxtın bəzi küçə və prospektlərində fasilələrlə məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulsa da, yolların uzunmüddətli bağlanmasına ehtiyac duyulmayıb.
Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədilə, COP29 konfransı tarixlərində Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələrini, paytaxt sakinlərindən isə fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələrini, xüsusilə bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını nəzərə alaraq, həmin istiqamətlərdə əvvəlcədən göstəriləcək alternativ yollarla hərəkət etməyi xahiş edir.
Ümidvarıq ki, hər bir yol hərəkəti iştirakçısı verilən tövsiyələrə əməl etməklə ölkəmizin COP29-a uğurla ev sahibliyi etməsinə töhfə verəcək, tətbiq ediləcək məhdudiyyətlərə anlayışla yanaşacaq, təşkilatçılara dəstək nümayiş etdirəcək".
"COP29" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 25.11.2024-ün ən mühüm hadisələri
- COP29-un yekunu dünya mediasının diqqət mərkəzindədir
- İlham Əliyev surinamlı həmkarına məktub göndərib
- Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrini təbrik edib
- Sahibə Qafarova: "COP29-un iqlim dəyişmələri probleminə verdiyi töhfələr hələ çox danışılacaq"