İndiki vaxtda ölmək də baha başa gəlir. Ölən ölür, qalanların vəziyyəti isə ölməkdən betər olur. Günümüzdə dəfn mərasimləri ortalama 8-15 min xərc tələb edir.
Şəhərətrafı qəsəbələrdən birinin axundu Faiq Əhmədov "Xəzər Xəbər"ə açıqlamasında qeyd edib ki, mərkəzə yaxın ərazilərdə dəfn və yas mərasimi xərcləri fantastik dərəcəyə çata bilir. Ancaq kənar ərazilərdə bəzi xidmətlər qismən münasib qiymətə, hətta razılaşma əsasında ödənişsiz də göstərilir.
Məzar yerlərinin qiyməti isə ərazisindən asılı olaraq 700 manatdan 7000 manata qədər dəyişir. Həmçinin məzar daşlarının qiyməti də ölçüsünə, rənginə və formasına görə ortalama 700 manatdan 5000 manata kimi dəyişə bilir.
Ətraflı süjetdə:
Dəfn və yas mərasimi neçəyə başa gəlir?
Rəylər