Uşaq evinin birinci sinfə gedən uşaqlarını məktəbə Ahıllar evinin sakinləri aparıblar.
Oxu.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinlərindən yeddi uşaq bu gün birinci sinfə gedib.
Onları agentliyin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan ahıllar müşayiət edərək məktəbə aparıblar.
Ahıllar məktəbliləri ilk dərs günü münasibətilə təbrik edib, onlara gələcək məktəb həyatında uğurlar arzulayıblar.
Uşaq evinin birinci sinfə gedən uşaqlarını məktəbə Ahıllar evinin sakinləri aparıblar.
Rəylər