Bu gün günorta saatlarında Bakının mərkəzini su basması barədə məlumat vermişdik.
Belə ki, Süleyman Rüstəmov küçəsində partlayan borudan ətrafa yayılan su Rəşid Behbudov küçəsinə qədər olan ərazini əhatə edib. Ətrafa yayılan su piyadaların və avtomobillərin hərəkətində çətinlik yaratmaqla yanaşı, yaxınlıqda yerləşən idarəyə də ziyan vurub.
Ərazidə olan Bakı Su Kanal idarəsinin rəsmisi Yaşar Əhmədovun sözlərinə görə, “Azərsu” ASC-nin əməkdaşları əraziyə cəlb olunub. Qısa zaman ərzində qəzanın baş vermə səbəbi araşdırılıb, tədbir görüləcək.
Bu gün günorta saatlarında Bakının mərkəzini su basması barədə məlumat vermişdik. Belə ki, Süleyman Rüstəmov küçəsində partlayan borudan ətrafa yayılan su Rəşid...
Video Oxu.Az-ın Mobil reportyor rubrikasına göndərilib.
İlhamə Əbülfət
Rəylər