Bakıda Nəsimi rayonu ərazisində lüklərdən birinin ağzının 10 gündür örtülməməsi sürücülərin narahatlığına səbəb olub.
Baku.ws-in "qaynar xətt"inə daxil olan məlumata görə, Salatın Əsgərova küçəsində lükün qapağının qoyulmaması bir neçə avtomobilə ziyan vurub.
Bundan əlavə, avtomobillərin intensiv hərəkət etdiyi yolda lükün açıq olması sıxlıq və tıxaclara da səbəb olur.
Görüntüləri təqdim edirik:
Bakının mərkəzində TƏHLÜKƏ: Lüklərdən birinin ağzı 10 gündür örtülmür
Rəylər