Bakıda yaşlı kişi günlərdir küçədə yaşayır.
70 yaşlı Nazim Əsgərzadə bildirib ki, ali təhsillidir və uzun illər dənizdə çalışıb. Lakin indi bəzən küçələri təmizləməklə qazanc əldə edir.
O, iki gündür küçədə qaldığını deyib.
Nazim Əsgərzadə qeyd edib ki, ailəsi və 46 yaşlı oğlu var, lakin onunla birlikdə yaşamır. Bacı-qardaşı ilə birgə qaldığını, bəzən isə küçələrdə gecələdiyini vurğulayıb.
Ətrafdakı insanların sözlərinə görə, onu kimsəsiz və baxımsız görənlər yemək və yorğan-döşək veriblər.
Çəkiliş zamanı Sosial Xidmətlər Agentliyinin əməkdaşları da əraziyə gəliblər, ahıl kişinin vəziyyətini qiymətləndiriblər və onun sığınacağa yerləşdirilməsi üçün tədbirlər görüblər. Daha sonra ailə üzvləri tapılıb və bacısı ilə əlaqə saxlanılıb. Bacısı Nazim Əsgərzadəni iki gündür axtardıqlarını bildirib. O, əraziyə gələrək qardaşını öz evinə aparıb.
Ətraflı süjetdə:
Bakıda yaşlı kişi günlərdir küçədə yaşayır.
Rəylər